1
Yorum
0
Beğeni
0,0
Puan
1853
Okunma
133
Songül !
Gül
Və eləbil
Çiçək gedir
Düşüncələr tağına
Çün arzular bağına
Sənə bənzər çalıram
Və aşq üçün
Sən sevgisindən
Sən alıram
Və sən
Biz olsun deyə
Əllərimə daş yığıram
Və istəmzəm
Kimsə bilsin bu işi
Böylə iş gedişi
Gözlənilməz təhlükə
Və biz sona kimi birgə
Sevib sevilməliyik
Və bilməliyik
Amac oxulu mən deyil
Biz diləyir
Odurkı sən
Sonu söylə daha
Və biz
Üz tutbda sabaha
Toplanır qarındaşlar
134
Və bilir onlar
Səninlə maraqlardayam
Və
Maraq boyu
Sən bir günəş
Və
Altunsov saçaqların çilənir
Solğun yerlərə
Və işıq önü şafaq düşür
Qaranlıq göylərə
Və böylə bir aşq qutsalığı
Obalara
Ellərə
Bir önyetməz dilək
Bu düş
Düşünü deyir :--
Biz ordusu çəlik
Və olsada küz hələlik
Bu kəz ayıq
Və oyanıq
İkindi duvarını aşıram
Və mən
Köksü üstündə qopuz
Bir dəniz söz yağırıram
Və quruşum mizraq
Qor çiləyir
Bağırır
Və sönməz odunu
Soyuq könülərə ələyir
Dağırır
135
Və belə bir yaşam dönüşü
Biz görüşü
Və mən bulubda
Bu düşü
Çalıram söz aşqı
Və ey !
Qopuzlu şamanım
Eşit
Biz üçün öyüd ilə
Duyğu yersiz
Və böyləki
Ağlın soyuqluğu
Çəkimlisu gedişim
Və əkimlisu qoşulur
Aşqımıza alaylar
Və qopuzlar
Ucalar şafaqına
Göyü qurşağı çəkir
Və kiminsə
Ağlına düşməz
İnanc ilə düşüncə əkir
Bu bir zirvə yolu
Yaralı aslanlara
Cələsiz qartallar üçün
Və yalquzaqlarada
Dastanlar
İkindisi
Və uzaq görünməzində bilə
Dar başında
Bir şaman ulayır
136
Və səs çəkir səsinə
Yücələr qocası
Və paylanır cirəsi
Dişi ərlərə
Ərənlərə
Bu uyarı
Yapraq yeyib
Qığ qusmayır
Düşlərə
Düşüncələrə
Bu bir aşq hekayəsı
Və hər bir
İşıq damlası
Yazılı diləkcə kimi
Operalı nağıllara
Burda
Bu yerdə
Və mən
Ruzgarsız ləhzə
Coşqun sulara
Balıq şarkısı kimi
Ancaq yunsu itgin
Və itginlik deyir :--
E--hey
Yox yanıt
Durum
Durğun
Və çilənir
Susqunluq
Disgin-disgin
137
Və çisgin
Sokak ayaqlayır an
Palçıqlı bacaqlar
Üzüquylu qaçırlar
Mosmor üstü
Atomlara
Qılınclara
Buda bir
Səssiz vırış seyri
Və alacı
Qırlanqıçlara
Axşam boğulur təki
Və görünürki
Dağlar
Və dərələr bəysiz
Və gədiklər iyidi
Torpaq qapır kimi
Və zaman çəkimi
Bağda mən
Bağdadda kor
Xəlifə günü
Və güvəncsiz
Əllər boyu
Yalvarır
Yazıqlar kini kimi
Və mən
Məzar içində kəni
Mərmər daş balıncım
Və küknar ağacından
Çarpaz çəpərim
138
Və qoltuq ağacımın
Dibinə bağlanıb
Yiyəsiz qısraq
Və
Çiyinlərində şallaq
Mən kimi
Və mən sezirdə onu
Zaman özümləşir burda
Bu yerdə
Və başım
Əhrab daşına söykənibdə
=E--hey
Mavi göz baba
Ala göz aba
Siz yücə
Və altun tozlu keçmişin özü
Ama bu gün nəvəniz
Keçmişlərə özləm
Və içində közləm
Yarımcan dirisi kimi
Və boğazında sicim
Ağzında kilit yası
Və əllərinə qandalaq
Əsirlərin yesiri kimi .
Eşidirsənmi baba
=E--hey
Yarı canım
Yarım canım
Orada
Yağmaz yağışlar
139
Banlamaz quşlar
Hələlik
Və sən
Məzar içində deyil ölü
Torpağ üstündəkilər
Manqurdlara kölə dölü
Və onlar
Yalnış oğlu
Yalnışlar kimi
=Eh
Mavi göz baba
Ala göz aba
Mən qıvanc ilə
Bütövləşim ləhzə
Yağır
Qurquşum yağır
Və harasızlaşır
Qu--quşum
Bilirəm siz
Ölkələr
Dənizlər
Aşdınız
Bilirəm
Okyan kimi
Kükrəyib daşdınız
Bilirəm
Və bilirəm
Bir balığa toxunmadınız .
Və dənizlər atlayaraq
Qədərsizlərə
140
Candaş deyib
Bağrınıza basdınız
Bilirəm
Böylə şərəf
İnsanlığın özü .
Ancaq sən torumu
Həyansız yalavac
Və bir oğuz umuruna ac
Bilə möhtac
Və məzarım boyu
Bir impiratur boyda
Yara hecasız ulayır
Dəli yollar kimi
Dəlisu kimi
=E-hey
Yarimcan nəvəcik
Bilirik
Və sezirik
Qumar başında
Masa
Və üstünə
Üç göz
Bir nöqtəyə zillənir
Və unudulubda dördlük
İyrmi--bir
Öz gərəyinə say
Salır sayı görürük
Və oyunçular sezməyir
Bozqir kövşənimi
Kotansəz
141
Və öküzsüz
Şumlayır şamanlar
Və əkdikləri
Cücərir yetgin
Və oyun üçün gerçək
Leylacın ustası gəlir
Və görürük
Tüncay dabanlı qısraq
Zəncirdə yəhərsiz
Və şallaq altında
Dörd çarpı uçur
Ucalar
Alçaqlar
Və sənə qarşı manqurdlar
Zəncəfil diləyir
Hind baqqlından
Və sən söylə sonu
Bir daha
E-hey
Mavi göz baba
Ala göz aba
Dinlə düşün böylə kimi
Qalıb
Sol qolum meşdə
Və təpər
Damarlarında ulayır
Və sağ qolum muzeydə
Bilə çırpınır
Sankı xumada
Seyrıcı gözlərindən ıraq
142
Və gövdəm
Bəlirsiz yerdə
Ama qılçasız
Və ən uzaq bir təpədə
Dar ucunda başım
Və düşünür bütövlüyünü
Təbrizim kimi
=E-hey
Nəvəcik
Böylədirsə
Səndən sənə yaxın
Bir ulu şaman yesır
Və o
Yalnız qalıbda
Əlini
Əlinə yetir
=Kimi o !?
=Zillə qulağını əhrbdaşına
Ol tanış
=E-hey oğuz oğlu oğuz
Üş ilə düş
Üşüdü
Dağdan alma daşıdı
Daşınaraq almalar
Tarıx zülümü aldılar
Və məni
Elsiz
Və obasız
Yola
Və yollara saldılar
143
Ama mən
Və mənim
Qalmayıbda yalnız
Dişi başlar
Ərkək ərənlər
Əsən deyib şamana
El yarına vardılar .
Bu seyri duyubda Qötə
Uyari deyir
Uyarı
O zamandan bəri
Səni etsin sənsiz üçün
Hürür toplar
Radiyolar
Və banlayır dərgilər
Və ulu baba oğlu
Çərçi atam
Bəzir yağı alır
Vazelin satır
Səndəmi çərçi
=Mən
Söz
Aşq
Və songül dilənçisi
=Onda
Aç köksünü
Soyuğuma sıcaq
Yazıqalağıma ver
Sığınacaq ver
Sığınacaq
144
Ancaq
Uzandığın yerdə
Əsir
Və yesir
Bir impratur ulayır
Şaman kimi
M. Ərğəvan
(OVERTURA KİTABINDAN)