Paranın öldürdüğü ruh, kılıcın öldürdüğü bedenden fazladır. walter scott
M.ƏRĞƏVAN
M.ƏRĞƏVAN

3. ADLI ADALAR

Yorum

3. ADLI ADALAR

1

Yorum

0

Beğeni

0,0

Puan

1543

Okunma

3. ADLI ADALAR


118
Dünya tanımlı
Əzizə Mustafazadə üçün
Bir
Və bir üsgük qurbət
Bu qurbət
Burda qərib
Sözdə nəvarki
Dinləyirsən
Bir bəstə kimi
Böyləki
Əzizə səsi
Əzizə bəstəsi
Dalğalara örnək
Və tanrısal nəfəsi
Uzaq şafaqlara səhnələşir
Və sankısız
Mavi ipək suyu kimi
Könüllərə ərişir
Əzizə səsi


119
TÜTÜN
Mən
Bir sarı bitgi

Göyərdiyim çöllərə
Yasq
Dörd ayaq
Və yaprağımdakı acı
Tanımayır dost
Və yabancı
Bu acı
Edir kölə
Tanrıları
İblisləri
Və atomlar habelə
Önümdə oyuncaq

Zəhərim milyonlar
İnsan təhlükəsi
Və kim eşidir bu səsi
Dursun uzaq
Və son olaraq
Kim məni yaxır
Mən onu yıxır


120
Dostum Murad
Türkəmən üçün
Əsən qal
Və dedin əsənlik ilə
Kəşgə olaydım Ərğəvan
Dinləyibdə bu sözü
Susuram
Və mən susu dalır
Uzaqlara
Və əlim
Yetməyirsə oyanlara
Düşüncə çiləyirəm
Türkəmən

Türküstan boyu
Və büsbütün
Turan topraqları
Əkilir yavaş
Və başa-baş
Elimiz
Elliyimiz
Olubda bir baş
Ulusumuz çiləsiz
Və gərgin əməyimiz
Bu günə kimi
Bir dil
Bir el
Və birgə iş çalır


121
Anam Xanım nənə üçün
Qış
Və çillə
Çox incə bilə
Sarınıb tüstü gözlərinə
Sürmə kimi
Və kəsov ucu
Söykənib birçəklərinə
=Taniyiram
Bir qız
Elçı gedimmi oğlum
=Ana artıq gec
=Varınmı göz altı
=Səndən soraqsız
Çoxdan çalıb qəlbimi
Bir hayasız
=Əməyim zay deyəsən
=Olabilsin zay
Olabilsin uğurlu pay
=Kim
Və kimin törəməsi
=Zordu deyilməsi
Ancaq qızın adı dəftər
Qələm baba
Düşüncə anası
=Zənginmi
Diləncimi
=Sorun yanıtsız


122
=Kül başıma
Yazıq oldumki
Söylə sana
=Qızdanmı
Anasındanmı
Babasındanmı
Bunlar
Hələ bir yana
Evladlarım
Qalxıbda üsyana
Tufan qopur sanki
= Boşansana
=İstəyirəm ama
Öylə bağlanıb calaq
Nə məscid
Nədə kəlisa
Qoparır bizi
Bizdən


123
İyirmi il görüşünə özləm
Fərhad üçün
Və bu günə kimi görəmədiyim
Fərhad üçün
-----
Çox
Və çox erkən
Toz kimi
Tozlara alınıb
Görünməzəm gözlərinə
Və söylədiyin
Sözlərinə
Min kəz
Ölüb-dirildim oğlum
Və biz düzgüsü
Olubsada acılar acısı
Bu bir dərd
Və bu dərdi yemə
Böyləki
Böylə işgəncə demə
Bac verməzəm sonucudu
Və deyir mən görüşü
El ara
Mən insan qanı satıb
Yaşamır oğlum
Və sən
Duyğularıma qatılıb
Mənimlə sızlayır çağalığın
Yuxular boyu


124
Vətən
Sən
Sorma vətən
Nə edib sənə
Sor özündən
Nə qılıbsan vətənə
Canef Kenedi
------------------
Demə
Çoxda demə
Vətən-vətən
Cənab Kenedi
Mənim
Nifrətim var bu sözə
Nifrətim
Və eşit məni bu kərə
Aşqına kül olduğum
Və özgürlüyünə qul
Doğulduğum
Dediyin vətən
Soru
Sorğular evi
Bu ev
Bu vətən
Ulusum üçün
Şaqqıldaq yuvası
Böylə şaqqıldaq
Və böylə şaqqıldaq yuvası


125
Adlanır vətən
Cənab kenedi
Yetər
Artıq yetər
Kenedi qədər
Barmaqlıqlar vətənim boyu


126
Şəhid Əsmər Azəri üçün
Əşrəf
Və Çe düşü
Səs-siz anlar
Yoğurur səs
Və çerik yürüşü
Canlı nəfəs
Və ön gedərək
Kılaşın güzgüsü
Yol açır bəlkələrə
Böylə ərlərə
Və dişi ərənlərə
Diz köçür
Zor elçisi
Və onlara qarşı durub
Yüz minlərcəsi
Bəz qalasına doğru


127
Üç elçi
Üç Sami
Və onların hekayəsi
Birinci çoban
Aşqı qoyun otarmaq
Və tanrısı amansız
Bu bir Gerçək
Və İkinci atasız
Ama tanrısı
Üzdə yumuşaq
Ancaq pərdə arxası
Birinci tək
Üçüncü dəvəci
Və qılınc alış-verişcisi
Danışmaq
Nə gərək
Bilə gerçək tanrısı
Dirov çəkir bizlərə
Və deyir ərkəklərə
Hər üçü
Ər qabırqası
Qadın doğur


128
El günləri
Haykırır
Çayın gür axarına
Haykırır
Və haykırır çılğınca
Və bir toplum dəlisov ürək
Vurğulayır Yelgününü
Və balaban öz küyünü
Dərə sarı
Böylə bir dərin ah zıxarı
Günorta çapır
Sarasız
Və çobansız
Duzgünü
Xəyal atlanır
Aragün ilə
Və alovlanır
Sütgünü deyə
Olay karandaşı
Həftə yazarı
Və pozarı
Ayngünü
Sara gözlərinə arzılar qızı kül


129
(( Əzızınəm gül əllər
Ağ biləklər gül əllər
Dəryacan ağlın olsa
Yoxsul olsan güləllər ))
Qara dodaqın lağ gülüşü
Bir sıçanın
Kədi çaynağına düşməsi kimi
Ama al dodağın
Sevgı qəhqəhəsi
Mavi yeriş
Zaman ilahəsi kimi

Gülüş gözəlliyi On
Dqquzu don
Və Onu
Hər yerdə sevərllər
Ancaq
Doqquza özləm əllərin
Sağ vərinə kül
Sol tayına güləllər


130
Gəncilik üçün
Yeni qoşaq
Ildırım ürəkli ucalığa doğru

Qara kölgəsinə düşərək
Şafaqlar uğuru
Gələcəyin özünü danışır
Gənc dodaqlar
=Ehey
Yarınlara parlaq çıraqlar
Anıram
Şərəflə sizi
Haçan ölürəm
Ayaqlarız altına
Qundaqlayın məni
Və eşıdim
Sevinc dolu nəğmənizi
Və bu gün siz yenilməzi
Azadlığın ölçüsü

Barmaqlarımdakı
Qələm köçürüsü
Qorxaq gecılırin yazı qalağıdı

Və hər bir sözüm
Çağdaş açar

Qapalı ağızlar açır
Bu açar


131
Barış üçün
Salam
Musyo qaqarın
Saysızca salam
Sənə
Və sən kimilərə
Minlərcə salam
Sizə
Və sizələrə
Deyəcəyim bu
Uzaq
Və yaxın kalatıkalarda var
Aradığız var
Ama bulamadığız
Gerçək xoşbaxtlığın
Özü
Bir kərə olsada düşünüz
Bu sözü

Sanmayın bilimə qarşdı mən
Və aydınca bilməlisiz
Əniştəyn tapır birini
=O BİR=sınağına düşür
Milyonlar
Və deyir tabutlar
Ölümün qoşunu gəlir


132
Aşqım üçün
Zor

Zorlama
Baş alıbda
Özgə deyil dayaqlar
Və çırağlanibda
Oyaqlar
Aşq dünyası bizim
Və mənim
Hal içində öz nərgizim
Kor könüllər çanağına göz alır
Və onlar
Kim olursa-olsunlar
Hambal
Vəya dönərcı
Biz aşqına ayr etməz
Və biz
Omuz-omuza söykənirik
Və içərik
Qımız içirik
Və aşqımızın ışığını
Kor gözlərə çiləyirik


M. Ərğəvan

(OVERTURA KİTABINDAN)

Paylaş:
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir. Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
Şiiri Değerlendirin
 
3. adlı adalar Şiirine Yorum Yap
Okuduğunuz 3. adlı adalar şiir ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?
3. ADLI ADALAR şiirine yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
RABATLI
RABATLI, @rabatli
25.6.2009 11:45:39
BİZ SİZLERİN SESİNİ EŞİDENLERDENİZ...YAZAN YÜREĞE SAĞLIK...AYDINLIK GÜNLER DİLERİM...RABATLI
© 2025 Copyright Edebiyat Defteri
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
ÜYELİK GİRİŞİ

ÜYELİK GİRİŞİ

KAYIT OL