0
Yorum
8
Beğeni
5,0
Puan
58
Okunma
Qəlbimin oduna tək yanan mənəm,
Sənin eşqinlə də odlanan mənəm,
Sən bir başqasına verdin könlünü,
Dərdi, kədərisə qazanan mənəm.
Ömrümə qəm-qüssə qənim kəsilib,
İçimdən qan axır, üzüm gülməyir,
Həsrətdən ölürəm, belim bükülüb,
Yar bundan xəbərsiz, bunu bilməyir.
Qəlbimin istəyi sənsən, təkcə sən,
Niyə axı məndən üz döndərmisən,
Məni tənha qoyub necə tərk etdin,
Sənsizlik ölümdür bunu dərk etdim.
Ömrümə qalsa da son bircə günüm,
Adınla başlayacaq hər bir sözüm,
Necə silib atım səni qəlbimdən,
Axı unutmağı heç istəmirəm...
Ürəyim dayanar, dünya qaralar,
Həyat bitər, gedər, hər şey məhv olar,
Sənsizlik alovu içimi sarar,
Həsrətin yandırar, qəlbi parçalar.
Nə olar sevgilim, geri dön mənə,
Yenə sevinc bəxş et nakam ömrümə,
Həsrətinə daha tab gətirmirəm,
Sənsiz necə yaşayım, mən bilmirəm.
Səni daha görmək mən istəmirəm,
Desəm də gözlərim deyir əksinə,
Həyatımda olan ən gözəl şeysən,
Səni necə silim axı qəlbimdən?
Niyə məni sən heç salmırsan yada,
Yalnız sənə bağlıyam bu dünyada,
Zamansız gedişin qəlbimdən vurdu,
Dünyamı yıxdı, başıma uçurdu.
Təkcə sənin eşqinlə vurur qəlbim,
İçimi sızladır, yandırır dərdim,
Sağalmaz yarasan ürəyimdə sən,
Məni hüzünlərlə buraxdın nədən?
Ürəksiz yaşamaq, de, asandımı?
Mənim üçün heç ürəyin yandımı?
Necə sevgimizə xətt çəkə bildin?
Bir anda unudub hər şeyi sildin...
Sahibsiz ocaqtək közərib sönən,
Həsrətindən yanıb kül olan mənəm,
Yolunu hər zaman gözləyəcəm,
Sən silsən də məni, mən silməyəcəm.
Qəlbimdə olan ən gözəl, saf hissən,
Niyə məni atıb axı getdim sən?
5.0
100% (2)