0
Yorum
2
Beğeni
5,0
Puan
12
Okunma
Sən mənim həyatçün son ümidimdin,
Parlayan yeganə nur işığımdın,
Tək bir xilaskarım, pənah yerimdin,
Amma nə yazıq ki, yenə aldandım.
Aldandım və daha bir də heç zaman,
Xoşbəxt olmaq üçün çalışmayacam!
Elə hey ağlayıb odda da yansam,
Taleyin işinə qarışmayacam.
Qoy nəyi istəyir, yazsın bəxtimə,
Onsuzda arzular çatmayır kama,
Bir tək gəlməyəydi il-il üstünə,
Kaşki tez çataydı bu ömür sona...
Sabahlar istəyir heç açılmasın,
İstəyir Günəş də, Ay da olmasın,
Həyatım gözümdən düşəndən sonra,
Heç bir xoş günçün də ümid qalmasın.
İstər elə bu an yer parçalansın,
Fırtınalar qopsun, göy aralansın,
Hər şeydən yarımçıq bu nakam ruhum,
Cəhənnəm odunda əbədi yansın...
Hər anım, hər günüm hədər getsə də,
Əzablar ömrümü zəhər etsə də,
Qoy hər gün artsınlar, vecimə deyil,
Onsuzda hislərim ölür get-gedə...
5.0
100% (1)