3
Yorum
12
Beğeni
5,0
Puan
130
Okunma
Hərdən bu axmaq ürək gül tək açılıb
Düşmən üzünə də gülmək istəyir.
Hərdən də bağlanıb, yüz qıfıllanıb
Hər kəsi bir anda silmək istəyir..
Hərdən inanır ki,dünya düzələr,
Həyat dönüb bir gün bizə də gülər.
Hərdən də itirib tüm ümidlərin
Elə yerindəcə ölmək istəyir..
Hərdən "istəsəm hərşeyə qadirəm" deyir,
"Hər kəsdən fərqliyəm, nadirəm" deyir.
Sonra necə adi və gücsüz olduğun
görüb utancından kiçilmək istəyir..
Hərdən elə bilir çox seviləndir,
Hər yerdə gəlişi gözləniləniləndir.
Sonra dəyərsizlik üzünə vurur,
Kağız tək əzilib bükülmək istəyir..
Hərdən sevgi nədir bilmək istəyir,
Naz etmək, naz olub çəkilmək istəyir.
Hərdən də inciyib tüm yaddaşlardan
Öz adını tək-tək silmək istəyir..
5.0
100% (2)