0
Yorum
7
Beğeni
5,0
Puan
436
Okunma

Səndən uzaq tutmuşam ta fikrimi,
Kövrək qəlbim bir gərilmiş sim kimi.
Hərdən adını da qüssə-qəm kimi -
Bəlkə pozdum, bəlkə də yox ya qismət!
Çay olsaydım kükrəyəndə daşardım,
Selə dönüb sahilləri aşardım...
Bu sevgiyə həzin nəğmə qoşardım -
Bəlkə yazdım, bəlkə də yox, ya qismət!
Qəlb yumşalmaz taşırıqla, əmrlə,
Nə işim var mənim daşla, dəmirlə?
Surətini qaya üstə kömürlə -
Bəlkə cızdım, bəlkə də yox ya qismət!
Nə etməli... fürsət əldən çıxıbsa,
Su durulmaz bulanaraq axıbsa...
Bir yuxunu məni oda yaxıbsa -
Bəlkə yozdum, bəlkə də yox, ya qismət!
Sədaqətli bir övladam bu yurda,
Yem deyiləm nə çaqqala, nə qurda...
Niyə deyim, öz andımı axırda -
Bəlkə pozdum, bəlkə də yox, ya qismət!
Məcnun kimi tuş gəlsə də ələmə,
Seymur Sönməz bənzəyərmi Kərəmə?
Məhəbbət də bir ümmanmış heç demə -
Bəlkə üzdüm, bəlkə də yox, ya qismət!
MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV
5.0
100% (2)