0
Yorum
6
Beğeni
5,0
Puan
349
Okunma

SƏNLİ GÜNLƏRİMİ UNUDACAĞAM
Sənli həsrətimin kökü dərində,
Qəlbim tüstülənir görüş yerində.
Bəlkə də dözməyib günün birində -
Sənli günlərimi unudacağam!
Qəmli xatirələr toz basmış “dəyəm”,
Özüm də bilmirəm canlıyam, nəyəm.
Üstündən qapqara xətt cəkəcəyəm -
Sənli günlərimi unudacağam!
Biri görəcəkdir hərdən dəm məni,
Biri zənn edəcək ağlı kəm məni...
Yüz yol öldürəcək bu sitəm məni -
Sənli günlərimi unudacağam!
Sanma məhv olmuşdum qırılan kimi,
Təzədən saflaşdım durulan kimi...
Özgə birisinə vurulan kimi -
Sənli günlərimi unudacağam!
SEYMUR SÖNMƏZ PAŞAYEV©
5.0
100% (2)