eflatun.kesheli
334 şiiri kayıtlı

ANAMIN ƏZİZ XATİRƏSİNƏ

eflatun.kesheli
  4,5 / 2 kişi ·1 beğenme · 0 yorum · 98 okunma

ANAMIN ƏZİZ XATİRƏSİNƏ


Anam vardı, elə bil bütün dünya mənimdi,
Anasız ayım-günüm dumanımdı, çənimdi,
Elə bil onsuz həyat qənimim, düşmənimdi.
Hər sevincim-şadlığım getdi, onunla getdi,
Dünyamı boğdu zülmət, könlümü viran etdi.

Anadır hər varlığın dünyada tamı-dadı,
Odur bəşəriyyətin gözəl, müqəddəs adı,
Onsuz sönməz ürəyin nə alovu, nə odu.
Daha yoxdur, öz dünyam gözdən qeyb oldu, itdi,
Həsrətiylə məni də yandırdı, bir kül etdi.

Yoxluğuna inam yox, hər daim axtarıram,
Xəyalən yollar ölçüb, görüşünə varıram,
Çatmır harayım-ünüm, çarəsiz, lal dururam.
İntizarı, nisgili yaman canıma yetdi,
Məni məhzun, mükəddər, dünyaya küsgün etdi.

Bilin ana qədrini ey anası olanlar,
Görün ki nələr çəkir bu anasız qalanlar,
Dünyada cənnət görər ana könlü alanlar.
Anam gedən o gündən mənimçün hər şey bitdi,
Anasızlıq məni yox, hər kəsi mağmun etdi.
Şiiri Değerlendirin
 
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.
Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
ANAMIN ƏZİZ XATİRƏSİNƏ şiirine yorum yap
Okuduğunuz şiir ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?

ANAMIN ƏZİZ XATİRƏSİNƏ şiirine yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
Bu şiire henüz yorum yazılmamış.
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
Edebiyatdefteri.com'u kullanarak Çerez Politikamızı kabul etmiş sayılırsınız.