2
Yorum
5
Beğeni
4,8
Puan
691
Okunma
Tay olmaz dünyanın heç bir nəğməsi,
Ürəyin sözüdür ana laylası.
Alışan sevginin, coşan sevginin
Həm odu, közüdür ana laylası.
Ən gözəl, ən şirin səsdir, avazdır,
Xoş bahar müjdəli, ətirli yazdır.
Min kərə dinləsən yenə də azdır,
Həyatın özüdür ana laylası.
O bir möcüzədir, sirrdir, sehirdir,
Qəlbində istəkdən doğan mehirdir.
Əflatun, çağlayan, daşan nəhirdir,
Məhəbbət izidir ana laylası.
5.0
75% (3)
4.0
25% (1)