eflatun.kesheli
316 şiiri kayıtlı

OLARMI?

eflatun.kesheli
  5,0 / 3 kişi ·5 beğenme · 1 yorum · 65 okunma

OLARMI?


Şair dostum Allahverdi Kərimoğlu Suleymanov
bir şerimə rəy yazarkən
"Vətən dərdini unutmaq olmur " dedi.
Bu şer o sözlərin təsirindən yarandı.

Kərimoğlu, vətən dərdi çətindi,
Bu yaranı heç unutmaq olarmı?
Vətənsizə o dünya da dar gələr,
Axirətdə rahat yatmaq olarmı?

Günahkarlar qoy çəksinlər əzabı,
Yazıq millət gətirməyir ta tabı.
Özümüzdə bu baltanın hər sapı,
Cinayəti başdan atmaq olarmı?

Pərən-pərən düşdü bütün elimiz,
Bir-birindən qara gəldi ilimiz.
Hey söyləyir " ana vətən " dilimiz,
Ananı da yada satmaq olarmı?

Bu yaranı kim yetirdi, bilirəm,
Hissə-hissə kim ötürdü, bilirəm,
Kim qazandı, kim itirdi, bilirəm,
Sərt günaha belə batmaq olarmı?

Ələ alıb intiqamın daşını,
Bir gün zaman tökdürəcək yaşını.
Un yerinə insanların başını,
Xəmir kimi, axı qatmaq olarmı?

Əflatunam, yox kimsəyə bir ərkim,
Tanrı olsun yaramıza qoy həkim.
Dünya bilir, səbəbkarı kimdi, kim,
Məlum şeyi gizli tutmaq olarmı?
Şiiri Değerlendirin
 
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.
Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
OLARMI? şiirine yorum yap
Okuduğunuz şiir ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?

OLARMI? şiirine yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
Işık Mehmetali , 5 puan verdi
14 Ağustos 2019 Çarşamba 21:35:52
Bu şiiri feyst okumuştum alkışlıyorum usta
Yüreğine kalemine sağlık
____________________________________Selamlar

Bu yoruma 1 cevap yazılmış.
Şiirin sahibieflatun.kesheli , şiirin sahibi
14 Ağustos 2019 Çarşamba 22:32:10
Biliyorum okuduğunu. Yorum için teşekkürler!
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.