0
Yorum
5
Beğeni
5,0
Puan
625
Okunma
Məni görüb duymağa
Arifanə göz gərək.
Hər yetən bilməz məni,
İlahinin sirriyəm.
Torpaqdan yaransam da,
Yaradana çox şükür.
Sinəm söz xəzinəsi,
Həm incisi, dürrüyəm.
Şər söz deyən kəslərə
Sözüm qılıncdan iti,
Elə bilmə qorxudan
Mən çəkiləm, kiriyəm.
Haqqı sevən bəndəyə
Dostum, qardaşım dedim.
Ürəyim sevgi dolu,
Məhəbbətli biriyəm.
Bədənim ölüb getsə
Bir gün fani dünyadan,
Sözüm yaşadar məni,
Sözlərimlə diriyəm.
5.0
100% (4)