2
Yorum
3
Beğeni
5,0
Puan
605
Okunma
Deyirsən qaşların niyə çatılıb,
Bu dünyaya gülmək olmur əzizim.
İşimizdən neçə əmma çıxardır,
Hər sirrini bilmək olmur əzizim.
Qəlbimizdən sevincini itirir,
Dərdimizi yüzə, minə yetirir.
Ömrümüzü ağrı-acı bitirir,
Bir rahatca ölmək olmur əzizim.
Əflatunun qəddi yaya bənzəyir,
Günlərimiz yasa, vaya bənzəyir.
Gecə-gündüz axan çaya bənzəyir,
Göz yaşını silmək olmur əzizim.
5.0
100% (2)