0
Yorum
2
Beğeni
5,0
Puan
954
Okunma
Qan tökmək çətin işdi,
Qatil olmaq dəhşətdi.
Günahsız qan tökülsə,
Bunun adı vəhşətdi.
Hara sığar söyləyin,
Günahı nahaq qanın?
İslama terror deyən,
Anlayın, bircə qanın.
Bir yol Allaha baxın,
Bir yol ölən insana.
Kimdir terror eyləyən,
Qıyan günahsız cana?
Hərə bir can daşıyır
Yarandığı dünyada.
Heç kəs istəməz versin
Şirin canını bada.
Sevgiylə yaradıbdır
Allah bəşəriyyəti.
Saf insanlar eyləməz
Bir belə cinayəti.
Allahdan üz döndərən
İblis də kafir oldu.
Siz ey iblis adamlar,
Tutduğunuz nə yoldu?
Bir gün ədalət sizi
Çəkəcək haqq-hesaba.
Tökdüyünüz bu qanlar
Sığar hansı kitaba?
Ey qatil Amerika,
Ey qaniçən Avropa!
Ədalət sözü ilə
Rəvac verməyin gopa.
Günahsız ölənlərin
Ahı tutacaq sizi.
Bir gün aşkar olacaq
Həqiqətin iç üzü.
Bu oyunlar, fitnələr
Gizli qalmayacaqdır.
Düşünməyin Yaradan
Əvəz almayacaqdır! . .
5.0
100% (1)