1
Yorum
5
Beğeni
0,0
Puan
815
Okunma
Söyləmə heç yerdə gəl,
Öz dərdini özün çək.
Onsuz da yanan deyil,
Dərdə kimsə sənin tək.
Namərd duysa dad eylər,
Yaxşı-yaman ad eylər.
Bir közünü od eylər,
Alovu ətək-ətək.
Əgər eyləsən maraq,
Dərd kitabım min varaq.
Büküb qoltuğa vuraq,
Gedək bir yerdə itək.