1
Yorum
9
Beğeni
5,0
Puan
871
Okunma
Dünya belə gəlib-gedər,
Gen günün də öz darı var.
Qış gəlir ki üşütməyə,
Boranı var, həm qarı var.
Xoş əhvalda dinsin ürək,
Səbrə də gəl macal verək.
Çətinliyə dözüm gərək,
Zimistanın baharı var.
Əflatunun var öz səsi,
Dolub-daşır bu sinəsi.
Tükənməzdir xəzinəsi,
Söz adında bir varı var.
5.0
100% (5)