1
Yorum
3
Beğeni
5,0
Puan
686
Okunma
Hər adam nə bilir mərifət nədir,
İnsanlığı əhli-hal olan bilir.
Ortaya şər atıb, ara qatmağı
Ağıldan-kamaldan kal olan bilir.
Qul haqqı yeyənin tez solduğunu,
Nahaqqın yerini haqq aldığını,
Qürurun, mənliyin nə olduğunu
Arsızlar yanında lal olan bilir.
Əflatun, sən yetir buna diqqəti,
Nurlu adamlardan gəzmə gen qəti.
Həqiqi sevgini, saf məhəbbəti
Həsrətdən qaməti dal olan bilir.
5.0
100% (2)