1
Yorum
6
Beğeni
5,0
Puan
764
Okunma
Bu gözəl vətənimiz
Aranlıdır, dağlıdır.
Kim harda yaşasa da,
Yenə yurda bağlıdır.
Aranda isti qucaq,
Dağda qeyrət rəmzi var.
Yurdunu bəyənməyən
Çəkər elə ahu-zar.
O kəslər xoşbəxtdir ki,
Yurdun qədrini bilir.
Vətəni gülən zaman
Şadlanır, o da gülür.
Vətən böyük nemətdir
Anlayan hər bir kəsə.
Vətəndaşın borcudur
Vətən üçün hey əsə.
Onu sevməyənləri
Vətən kənara atar.
Belə naşükürləri
Vətən heçliyə qatar.
Yurda xoş gün arzusu
Gözəldir hər diləkdən.
Vətənsiz quş da olmaz.
Sev vətəni ürəkdən!
24.09.2018.
5.0
100% (4)