0
Yorum
2
Beğeni
5,0
Puan
581
Okunma
Hər kəlmənin yerini bil,
Danışanda düzü danış.
Şeytan səni azdırmasın,
Haq bildiyin sözü danış.
Həqiqətə etmə heyrət,
Şər dilini xeyrə öyrət.
Xislətində yoxsa qeyrət,
Eylə kəsə, azı danış.
El içində yerin tanı,
Qaraltma yox yerdən qanı.
Kin-nifrəti, hər böhtanı
Ürəyindən qazı danış.
Əflatunu gör halında,
Durma ağlı kəm dalında.
Elə yan ki dost yolunda,
Bas bağrına közü danış.
23.09.2018.
5.0
100% (2)