0
Yorum
3
Beğeni
5,0
Puan
978
Okunma
Qəribə dünyadır,
firladır bizi
belədən eləyə,elədən belə.
Çiləyə döndərib mutluluqları
Mutluluq umuruq çilədən belə.
Sevinci bir çimdik,alır doymamış,
illər sırtımızda kədər daşıdır.
Kimə acıq edək,kimdən inciyək,
fələk hökm eləyir,qədər daşıdır.
Bahar halımızı sormamış hələ
xəzan qapımızı döyür:
-Gəlmişəm.
Ürəyin ağrısı,sızıltısında
hər gün yaşlanırıq,
deyir gəlmişəm,
söyləyir gəlmişəm,vaxt daramlayır,
tövbə zamanıdır,tərpənin gedək.
Bizə nə qalır kı?
Yalnız etiraf:
-Ömür necə qısa,ömür nə gödək.
Nəfəs al,nəfəs ver,
qalanı nağıl,
ömrü nağıllarda bitir insanın.
Kim deyir iz qoyur,mən inanmıram,
sonunda izi də itir insanın...
"""
5.0
100% (3)