2
Yorum
4
Beğeni
5,0
Puan
805
Okunma
Günəş üzlüm,
Gözəl sözlüm,
Ala gözlüm,
Bir bəri bax.
Süsən-sünbül,
Çəməndə gül.
Ay şirin dil,
Bir bəri bax.
İşvə-nazlı,
Bahar-yazlı.
Söhbət-sazlı,
Bir bəri bax.
Ürək çalan,
Dərdə salan.
Könlüm talan,
Bir bəri bax.
Gəl ol yarım,
Dövlət-varım.
Ay ağ qarım,
Bir bəri bax.
5.0
100% (3)