2
Yorum
4
Beğeni
5,0
Puan
1259
Okunma
Şairin ilhamı dolub-daşmasa,
Fikirlər cəm olub başdan aşmasa,
Körük tək qızışıb, şair coşmasa,
Sözün bir ləzzəti qalmır əzizim,
Hər yazılan şeir olmur əzizim.
Kağız-qələm boldu deyə yazırsan,
Sözün meydanında çaşıb azırsan,
Hər nə gəldi ağ vərəqə düzürsən.
Bu " matahı " heç kim almır əzizim,
Hər yazılan şeir olmur əzizim.
Şeir gərək özü Allahdan gələ,
Şair söz önündə əriyə, ölə,
Hər gözəl kəlməni bir vəhy bilə.
Əflatun boş sözə dalmır əzizim,
Hər yazılan şeir olmur əzizim.
5.0
100% (2)