1
Yorum
3
Beğeni
0,0
Puan
667
Okunma
Anlayammadım,
Gənclik bir quşdu.
Saxlayammadım,
Əlimdən uşdu.
Titrər dizlərim,
Qəmli sözlərim.
Daha gözlərim
Həmişə yaşdı.
Yaşım silmirəm,
Deyib-gülmürəm.
Dözə bilmirəm,
Bu səbrim daşdı.
Qəlbinə dərd ək,
İndi həsrət çək.
Ömür karvan tək
Bələni aşdı.
Əflatun, hələ
Haqqa şükr elə.
Nə olub belə,
Hüzurun qaşdı?