2
Yorum
4
Beğeni
5,0
Puan
945
Okunma
İlahidən nurmu enib,
Ərş üzündən yön bərisən.
Yerə-göyə lərzə düşər,
İşvə-nazla sən yerisən.
Boy sürahi deməlimi,
Qamətini öyməlimi,
Dil-dodağın yeməlimi,
Sən mələksən ya pərisən?
Ləblərindi şirin şəkər,
Dodağından bal tökülər.
Aşiqlərin həsrət çəkər,
Gözəllərin dilbərisən.
Üzün döndər bircə bəri,
Cismim sümük, bir də dəri.
Gör nə qədər sevənləri
Eyləyibsən sərsəri sən.
Nə kəməndə saldın məni,
Varlığımdan aldın məni.
Dilim tərif eylər səni,
Əflatunun əzbərisən.
22.04.2018.
5.0
100% (2)