5
Yorum
6
Beğeni
5,0
Puan
1009
Okunma
Saldın bir dərmansız azara məni,
Söylə, necə dözüm dərdə mən, gözəl?
İnsaf eylə daha, öldürmə məni,
Olmuşam içimdə dərd əmən, gözəl.
Həmişə yar könlün gərək yar alı,
Yaman olur eyləyəndə yar alı.
Varmı mənim kimi qəlbi yaralı,
Sailəm, yaxşı bax, dərdə mən, gözəl.
İki ürək birləşibən ola ram,
Ay Əflatun, sən də dincəl, ol aram.
İlahi sevgiyə qurban olaram,
Ona kəm baxana dərdəm ən gözəl.
5.0
100% (5)