2
Yorum
3
Beğeni
5,0
Puan
597
Okunma
Bir kəsə ki Haqqın özü yar ola,
Yüz namərd yığılsa zor ola bilməz.
Mövlam özü köməyində durarsa,
O qulun haqqını şər ala bilməz.
Mərdin əskik olmaz üzdə vüqarı,
Həmişə can atar doğruya sarı.
Müxənnətin iblis yoldaşı-yarı,
Nanəcib süfrəni gen sala bilməz.
Deyim sözlərimi, eşitsin qanan,
Aqilə verərəm canımı inan.
Qarğa məclisində olsa da canan,
Əflatun o yerdə heç qala bilməz.
5.0
100% (2)