2
Yorum
1
Beğeni
5,0
Puan
477
Okunma
Bir gözələ gözüm düşdü,
Qaldım yalvara-yalvara.
Sevdasını şirin cana
Saldım yalvara-yalvara.
Ala gözlər süzüləndə,
Zülf yanağa düzüləndə,
Qaymaq dodaq büzüləndə,
Öldüm yalvara-yalvara.
Sevdim gözəl ədasını,
Alqışladım sədasını.
Axır onun qadasını
Aldım yalvara-yalvara.
Düşdüm onun dil sehrinə,
Çəkdi məni hər təhrinə.
Əflatunam, eşq bəhrinə
Daldım yalvara-yalvara.
03.02.2018.
5.0
100% (1)