0
Yorum
1
Beğeni
5,0
Puan
1033
Okunma
İstəmirəm dünyanı
Görəm odlu-alovlu.
Dünya yaranıb axı
İçi sevgiylə dolu.
Sevgiylə süslənibdir
Dünyanın hər cür yolu.
Sevgiylə baxsan əgər,
Dünya bir cənnət olar.
Ona xəyanət etsən,
Yerə-göyə od salar.
Bəzəyidir dünyanın
İnsanda sevgi hissi.
Buna səsləyir bizi
Qoca dünyanın səsi.
İnsanlıq laqeyd olsa
Bu sevgiyə, bu səsə.
Zillətə salar bizi,
Kabus olar hər kəsə.
Sönməsin ürəklərdə
Sevgi-məhəbbət odu.
Qoy yaşasın ədalət,
Bir də sevginin dadı.
5.0
100% (1)