1
Yorum
2
Beğeni
5,0
Puan
918
Okunma
Dillən, olum dilləriyin qurbanı,
Həsrət qoyma şirin dilə, gül-danış.
Əgər sussan bağrım alışar yanar,
Dönərəm sovrulmuş külə, gül-danış.
Tufan olar kimsə dəysə xətrinə,
Külli-aləm bələnibdi ətrinə.
Adın düşüb şeirlərin sətrinə,
Qıyma dönsün yaşım selə, gül-danış.
Əflatundu şirin dilin qurbanı,
Hazırdı yolunda tökülsün qanı.
Öldür qurtar bu beynəva nalanı,
Yalvarıram mən ki belə, gül-danış.
18.01.2018.
5.0
100% (1)