Ver əlini, gül mənə,
Sevgin dağlasın məni.
Qoy ləbindən bal əmim,
Sevgin dağlasın məni.
Dur kənarda, naz elə,
Bənzət özünü gülə.
Yax, yandır məni elə,
Sevgin dağlasın məni.
Sən günəşim, ayım ol,
Haqdan gələn payım ol,
Həm baharım, yayım ol,
Sevgin dağlasın məni.
17.01.2018.