0
Yorum
2
Beğeni
5,0
Puan
586
Okunma
Tanrıdan istəyim budur ki mənim,
Nurlu bir günəşim, sabahım ola.
Dilimdə səslənə sevgi nəğməsi,
Nə bir intizarım, nə ahım ola.
Dünyanın çəmini tapam dünyada,
Heç vaxt vurulmayam şöhrətə, ada.
O gözəgörünməz yetə imdada,
Qadiri-Sübhanım pənahım ola.
Nur ilə yoğrula ruhumun xəmri,
Əflatuna verə Haqq özü əmri.
İnsan tək yaşayam həyatda ömrü,
Nə qəbahət, nə də günahım ola.
20.12.2017.
5.0
100% (1)