2
Yorum
3
Beğeni
5,0
Puan
769
Okunma
Ey pul...
Həkimə vicdansan,xəstəyə dərman,
Sənsən hər qaydasız oyunlar quran,
Şeytansan,iblissən hər nəsən ey pul,
Təksən bu zamanın ritmini qıran...
Birinə dərd verib canın alırsan,
Birini banklara əsir salırsan,
Birinin nəfislə ağlın alaraq
Şeytan çomağı tək yadda qalırsan.
İmkanlı,imkansız bir Allah qulu,
Ötəri baxışdır bu həyat yolu,
İnsan insanlığı anlasa idi
Yaşardı insanın şad sağı,solu...
Sənsən kainatda qırğınlar salan,
İnsan sağlamlığın zamanla alan.
El-oba yurdları viran qoyaraq
“Siyasi” yollarla sərvətin çalan...
Sənin varlıq gücün şeytan oyunu,
Rüşvət gəlinisən,bil öz soyunu.
Üzdə bir mələksən haqdan kənarda
Özün göstərirsən harın boyunu...
Nə qədər güclüdür tamah ağıldan
Şeytan pul danışar sərvət nağıldan...
Ey insan axirət sualı ağır
“Yola verilməyir”xətir sağ oldan...
Həkimə vicdansan,xəstəyə dərman,
Sənsən hər qaydasız oyunlar quran,
Şeytansan,iblissən hər nəsən ey pul,
Təksən bu zamanın ritmini qıran...
2017.
5.0
100% (2)