1
Yorum
1
Beğeni
5,0
Puan
1912
Okunma
...Bilsə yaxşıdır.
Düşüncə xəyallar istəkli ötür,
Həyat insan üzə gülsə yaxşıdır.
Arzu tükənməzdir,irəli qaçır,
Hər kəs öz yerini bilsəyaxşıdır.
Yüz hiylə oyunla kürsüyə gələn,
Ədalət varlığı hökümlə silən,
Bərəkət çuvalın dibini dələn
Düşmən bağırını dəlsə yaxşıdır,
Hər kəs öz yerini bilsəyaxşıdır.
Qəlbdə kinlik varsa,qəlb haqla olmaz,
Ədalət,vicdandan işırtı qalmaz,
Hər kəs öz yerini bilsəyaxşıdır.
İnsan hikkə hissi silsə yaxşıdı -
Hər kəs öz yerini bilsəyaxşıdır.
Baxıram böyükdür qaşıq çömçədən,
Gül ləçək açmayıb sanki qönçədən,
Haqsız qaydalardı xalqı incidən,
Milli ruh adətlə gəlsə yaxşıdır
Hər kəs öz yerini bilsəyaxşıdır.
Nəfis aldatmasın mənlik,vicdanı:-
Fironla göstərib tarix ədanı,
Oyadır zamanda həyat yatanı,
Ayılan haqq işi görsə yaxşıdır,
Hər kəs öz yerini bilsəyaxşıdır.
Bayram,gəliş-gediş həyat belədir,
Sonda əməl izin sorğu ələdir,
Nəyin var aranır,sanma tələdir
İnsan,insan kimi ölsə yaxşıdır,
Hər kəs öz yerini bilsəyaxşıdır.
2018.
5.0
100% (1)
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.