1
Yorum
1
Beğeni
5,0
Puan
1253
Okunma
Allah mənə vermə səbir...
Allah mənə vermə səbir,
Gözü yolda olanım var...
Yurdum düşmən əlindədir
İz silinməz qalanım var...
İrəvanım,Qarabağım,
Göycə,Şuşa ağlar ağım
Ağrı dağım həsrət dağım
Paran-parça el canım var.
Yaram qabıq bağlamayır,
Təbib susur yoxlamayır,
Qəlbim daşdı,ağlamayır
Yalan sözlü palanım var.
Vədlər məni bezdiribdi
Atəşkəslə əzdiribdi,
ATƏT yolum kəsdiribdi
Unutqanlıq salanım var...
Namərd elim yadlaşdırır
Yad adlarla adlaşdırır,
Susqunluğa qatlaşdırır
Yurda həsrət salanım var.
At oynadır yurdda kafir,
İçimdə kin tufan əsir,
Allah mənə vermə səbir
Qəti qisas qərarım var...
Dözümlü suç sözlə qaldım
Elə bildim düzlə qaldım,
İçim yanır,közlə qaldım,
“Lazım gəlsə” yalanım var...
Qınamayın məni qardaş,
Toparlanın yavaş-yavaş
Gecikirik açaq savaş
Düşməndən öc alanım var...
2018.
5.0
100% (1)