2
Yorum
2
Beğeni
5,0
Puan
603
Okunma
Dərd bir olsa əlacına nə var ki,
Gün keçdikcə dönür dağa, yandırır.
İstəyirəm bir qurtarım əlindən,
Aman vermir göz açmağa, yandırır.
Çox çalışıb qəm-kədərdən qaçıram,
Nəğmələrdən qanad taxıb uçuram.
Aşiq ilə eşq badəsi içirəm,
Atəş verir sola-sağa, yandırır.
Üzüm gülür, içim isə narahat,
Qəlbimdəki dərdi-bəla neçə qat.
Ulu Tanrım, köməyimə özün çat,
Odum düşüb daş-torpağa, yandırır.
Əflatunun harayıdır bu haray,
Könlüm olub qəm-kədərə bir saray.
Misralarım qəmə yoldaş, mənə pay,
Qələm saçır od varağa, yandırır.
23.05.2007.
5.0
100% (1)