1
Yorum
1
Beğeni
0,0
Puan
831
Okunma
Ürək dostu tək-tək olar dünyada,
Hər yetənə sirrin açma, hayıfsan.
Əgər səni əziz mehman eyləsə,
Dostun təklifindən qaçma, hayıfsan.
Nə zaman ki şeytanlıqdan doymazlar,
Arifləri adam yernə qoymazlar,
O yerdə ki sözü sözə saymazlar,
Dürr kəlamın hədər saçma, hayıfsan.
Bilinibdi yaxşıların olduğu,
Ustadlardan nəsihətlər aldığı.
Qızıldan da olsa namərd saldığı,
O körpüdən heç vaxt keçmə, hayıfsan.
Əflatunun sərraf gözü gördüyü
Budur, sözdən alıb öyüd hördüyü.
Bal da olsa sənə qıyıb verdiyi,
Müxənnət əlindən içmə, hayıfsan.
05.07.2017.
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.