0
Yorum
1
Beğeni
5,0
Puan
651
Okunma
Sən ey gözəlliyə kəm baxan insan,
Həyatın dadını duymadınmı heç?
Gözəlin yolunda can ilə başı
Sevərək sadağa qoymadınmı heç?
Gözəllər bəzənib özün öyəndə,
Güllər tamaşaya boyun əyəndə,
Aşıqlar şövq ilə vəsf eləyəndə,
Varını-yoxunu qıymadınmı heç?
Ələsgər söyləyən incə nəğmədən
Mayamı tutmuşam, doymaram ki mən.
Vaqif, Vidadidən halısanmı sən,
Onları bir şeyə saymadınmı heç?
Hərdən gözlərindən pünhan olanda,
Bəxtin qismətinə kölgə salanda,
Vüsal həsrətiylə tənha qalanda,
Bağrıyın başını oymadınmı heç?
Əflatun hey gəzər eşq həvəsində,
Sevgi havası var hər kəlməsində.
Şeir xəstəsiyəm güllər bəhsində,
Bu sözə-söhbətə uymadınmı heç?
21.06.2017.
5.0
100% (1)