0
Yorum
1
Beğeni
0,0
Puan
709
Okunma
Gözəllikdə xata gəzmə,
Xatakarsan a bədniyyət.
Yaxşıları əzib-büzmə,
Xatakarsan a bədniyyət.
Gözüm görür, dilim deyir,
Gözəlliyə hərdən şeir.
Bacarırsan, eylə seyir,
Xatakarsan a bədniyyət.
Könül verdim gözəlliyə,
Dilim nəğmə deyə-deyə.
İnsan gərək haqı öyə,
Xatakarsan a bədniyyət.
O, Tanrının əsəridir,
Yaraşığı dürr-zəridir.
Əflatunun əzbəridir,
Xatakarsan a bədniyyət.
20.06.2017.