1
Yorum
2
Beğeni
5,0
Puan
623
Okunma
Xor baxma gözəlin gözəlliyinə,
Allahdan verilən paydı gözəllik.
Gecənin zülməti nəyə yarayar,
Göydə parıldayan Aydı gözəllik.
Yaradan yaradıb dünyanı gözəl,
Dünyanın üzündə hər yanı gözəl,
Çən-çiskini gözəl, dumanı gözəl,
Qədir bilməyənə vaydı gözəllik.
Əflatun, gözəli daima vəsf et,
Ona tərif demək olmayıb bidət.
Nə gözəl xəlq edib Qadiri-Qüdrət,
Huriyə, pəriyə taydı gözəllik.
19.06.2017.
5.0
100% (1)