0
Yorum
2
Beğeni
0,0
Puan
829
Okunma
Belə gözəl görməmişdim,
Qız, əndamın qarmı sənin?
Ləlöyünə, tamarzıya
Busə payın varmı sənin?
Mələkləri andırırsan,
Aşiqləri qandırırsan,
Alovuna yandırırsan,
Qazandığın karmı sənin?
Məzələnib hallanırsan,
Günü-gündən ballanırsan.
Sən ki belə sallanırsan,
Eylədiyin armı sənin?
Gözəlliyin bir nur saçıb,
Ağlım gedib, huşum qaçıb.
Gül yaxanın bəndin açıb,
Sinəndəki narmı sənin?
Əflatunam yana-yana,
Döndəribsən bir məcnuna.
Bəxtəfərdi doğan ana,
Bu yaydığın carmı sənin?
15.06.2017.