1
Yorum
6
Beğeni
5,0
Puan
1069
Okunma
Acılardan yanıb ağzım,
Mən bir şirin dil gəzirəm.
Axtarıram çöl-çəməni,
Pardaxlanmış gül gəzirəm.
Dərd sinəmi deşib oyar,
Nadan məni dəli sayar.
Dərviş olub diyar-diyar
Dolanıram, el gəzirəm.
Mən haqsızı öyəmmirəm,
Tənələri yeyəmmirəm.
Haq sözümü deyəmmirəm,
Bu başıma kül gəzirəm.
Hiddətlənib köpürməyə,
Ləli-gövhər gətirməyə,
Zir-zibili süpürməyə
Bir kükrəmiş sel gəzirəm.
Fələk yaman dövr eyləyir,
Əflatuna cövr eyləyir.
Yaralarım qövr eyləyir,
Bir şəfqətli əl gəzirəm.
01.06.2017.
5.0
100% (3)