1
Yorum
4
Beğeni
5,0
Puan
763
Okunma
Bu necə zəmanə, necə dövrandı,
Adamlar var, ağa qara deyirlər.
Sözün bahasına bir baxanmı var,
Söz deyən dövlətə-vara deyirlər.
Daha gücdən düşüb qüdrətli sözlər,
Eləsi var, ancaq qarnını gözlər.
Hikmətdən danışsan bozarmış üzlər,
"Olmaz dərdimizə çara" - deyirlər.
İnsan ürəyində mərhəmət yatıb,
Ədalət özünü dəryaya atıb.
"Özünü-sözünü bir-birnə qatıb,
Dilindən çəkərlər dara" - deyirlər.
Çətinlikdə kimsə yetməz haraya,
Sözlər təsir etməz qəlbi qaraya.
Əflatun, namərdi qoşma sıraya,
Eyləyər sinəni yara - deyirlər.
28.05.2017.
5.0
100% (3)