1
Yorum
1
Beğeni
5,0
Puan
707
Okunma
Elə bil indicə canım alacaq,
Allah, bu boylanan gözə bax, gözə.
Lalələr utanır öz allığından,
Ətrafa nur saçan üzə bax, üzə.
Qulac saçlarını çiyninə töküb,
Min güldən-çiçəkdən şirəmi çəkib?
Yaralı maral tək boynunu büküb,
Oğrun-oğrun baxan qıza bax, qıza.
Əflatunu eşq oduna daldırır,
Zalım qızı ortaya qan saldırır.
İşvəsi-qəmzəsi adam öldürür,
Hərdən eylədiyi naza bax, naza.
27.05.2017.
5.0
100% (1)