1
Yorum
2
Beğeni
5,0
Puan
1078
Okunma
Yaman üzdən, yaman gözdən
Allah, sən saxla, sən saxla.
Bəd nəfəsdən, iyrənc sözdən
Allah, sən saxla, sən saxla.
Aravuran hiyləbazdan,
Özü gobud natarazdan,
Şər danışan ağlı azdan
Allah, sən saxla, sən saxla.
Öz-özünü bilməyəndən,
Şirin-şirin gülməyəndən,
Nəmli gözü silməyəndən
Allah, sən saxla, sən saxla.
08.04.2017.
5.0
100% (2)