Bir kimseyi sahip olmadığı sıfatlarla övmek, onu kibarca yermek demektir. cemil sena
Bayram Məmmədov
Bayram Məmmədov

Türk kanı coşub daşır...

Yorum

Türk kanı coşub daşır...

( 2 kişi )

1

Yorum

3

Beğeni

5,0

Puan

1346

Okunma

Türk kanı coşub daşır...

Türk qanı coşub daşır...
Türk dünyasında Türkəm deyib,
Türklüyə biganə qalanlara......

Türkmən el qan ağlayır,ayılmırsan yox kəsərin,
Millətin əzilsə də yuxudadır hey nəzərin,
Qarabağ əldən gedir bu da yatağan əsərin,
Yat bala,yat ayılma,taparsan sərvət yuxuda,
Durmasan məhv edəcək Türk qanlı qeyrət yuxuda...


Şəxsi iş çaşdırıbdı,millət dərdi deyil işin,
Ellərin parçalanır,şirədədir tamah dişin,
Türklükdən çox uzaqmış əqidəsiz kal keçmişin,
Heç tükün tərpənməyir,taparsan lənət yuxuda,
Durmasan məhv edəcək Türk qanlı qeyrət yuxuda...

Türklüyün tarixini ingilis cəsusu pozur,
Erməni biclər isə tarixi özünə yozur,
Yatdıqca dərdlər verir millətinə yuxun qüsur,
Eyləmə susqunluqla milli cinayət yuxuda,
Durmasan məhvedəcək Türk qanlı qeyrət yuxuda...

Birliyi düşünməyib hər tərəfə atırsan əl,
Çaşırsan,Türkə yaddır hiyləli yad oyun əməl,
Türklüyün yaranışı bil namusla,şərəf təməl,
Yurduma göz dikənlər edir cəsarət yuxuda,
Durmasan məhv edəcək Türk qanlı qeyrət yuxuda...

Yurduma gözün dikən bic sıpa yaman çoxalıb,
Ayıl ki bir görəsən baş üstə duman çoxalıb,
At,eşşək qarışığı ağıldan saman çoxalıb,
Ayıl ki almayasan elindən töhmət yuxuda,
Durmasan məhv edəcək Türk qanlı qeyrət yuxuda...

Bölüblər məzhəblərə dini sənin məhvin üçün,
“Siyasi”parçalayıb həm bölürlər Türkün gücün,
Bir ol ki,birlikdə gəl düşməndən alaraq öcün,
Görəsən bu zamandan bəlkə sədaqət yuxuda,
Durmasan məhv edəcək Türk qanlı qeyrət yuxuda...

Urusla,ingilisin hiyləsi siyasi bazar,
Yəhudi,Fransızı tutub Türkə qısqanc azar.
Farslar da Türk adından qorxaraq azəri yazar,
Xəbərsiz olma gedişdəndə nəhayyət yuxuda,
Durmasan məhv edəcək Türk qanlı qeyrət yuxuda...

Düşmənin məkirlidi,Turana doğru getsənə,
Elinə sadiq olub xidməti elə etsənə,
Millətin öz millilik hal-əhvalına yetsənə,
Edirsən düşünmədən xalqa xəyanət yuxuda,
Durmasan məhv edəcək Türk qanlı qeyrət yuxuda...

Ayıl ey Türk ellərdə Türklük qanı olan ayıl,
Düşmənin həmləsinə qorxu dərdi salan ayıl,
Güc səndə,hünər səndə,düşməndən öc alan ayıl,
Dərsini ver düşmənin çəkmə xəcalət yuxuda,
Durmasan məhv edəcək Türk qanlı qeyrət yuxuda...

İgidlik rəmzi olan Türkə yaraşmaz tərs yuxu,
Türklüyün qismətidir əldə silah,döyüş oxu,
Tarixdən yaxşı bilir bunu dövlətlərin çoxu,
Tapmazsan bil yatmaqla əsla ləyaqət yuxuda,
Durmasan məhv edəcək Türk qanlı qeyrət yuxuda...

Düşmənin parçalayıb yağmalayır ellərini,
Cəhd edir unutdursun Türkün tarix dillərini,
Yazırlar millət ada məkan adlı çöllərini,
Düşmənin quduzlaşıb çəkərsən zillət yuxuda,
Durmasan məhv edəcək Türk qanlı qeyrət yuxuda...

Türklüyün əqidəsi Tanrı verən möcüzədir,
Döyüşdə cəsarəti,sözləri də düz üzdədir,
Bunu da tarix deyir,Bayram bilməki təzədir,
Türk qanı coşub daşır,artır hərarət yuxuda,
Durmasan məhv edəcək Türk qanlı qeyrət yuxuda...
2015.

Paylaş:
3 Beğeni
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir. Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
Şiiri Değerlendirin
 

Topluluk Puanları (2)

5.0

100% (2)

Türk kanı coşub daşır... Şiirine Yorum Yap
Okuduğunuz Türk kanı coşub daşır... şiir ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?
Türk kanı coşub daşır... şiirine yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
İsmailoğlu Mustafa YILMAZ
İsmailoğlu Mustafa YILMAZ, @ismailoglumustafayilmaz
2.2.2017 13:48:12

Şiir dolu yüreğinizi iştenlikle kutluyorum…
Gönlü ısıdan şiirleri beğendim…

………………………….. Saygı ve Selamlar…
© 2025 Copyright Edebiyat Defteri
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
ÜYELİK GİRİŞİ

ÜYELİK GİRİŞİ

KAYIT OL