4
Yorum
1
Beğeni
5,0
Puan
725
Okunma
SOMADA....
Bu nə hal,
Nə əhval,
Yazını yazammıram,
Səbəbin yozammıram.
Şokdayam, anlamıram,
Bu terrormu, ya qismət,
Ya təbii fəlakət.
Nədir qardaş, bilmirəm,
Bir qərara gəlmirəm.
Düşmüşük nədən elə,
sızlayan dərd bəlaya,-
Somadakı olaya?..
İçim susmur,
Için-için ağlayır,
Qəlbimi də dağlayır...
Yetim qalan cocuqlar
Şəhidə yas saxlayır..,
Soma özü ağlayır...
İnsanlığın varlığı,
Toplanıbdı ora da...
Dünyanın sonu gəlir,
Başlanıb ilk , Somada,
Bu olayın özünə,
Mat qalıbdı dünyam da...
Bu qədər şəhid olmaz..,
Qanları yerdə qalmaz...
Görüb, yazan insana,
Ürək lazım,daş ürək,
Bunları yazsın gərək:-
-“Abi, Mahmud çıkmadı”,
Sözünə dözsün gərək,
“Onun eşi hamile”,-
Sözünü çözsün gərək...
İnsanlığın varlığı
Toplanıbdı ora da,
Dünyanın sonu gəlir,
Başlanıb ilk, Soma da,
Bu olayın özünə,
Mat qalıbdı dünyam da...
5.0
100% (2)