15
Yorum
17
Beğeni
5,0
Puan
3261
Okunma

Qoyma bu cahanda gedə ömrün bada,qardaş,
Xidmət elə bir məsləkə,bir saf ada,qardaş.
Ol elmi-ədəb sahibi,hər hikməti öyrən,
Sərf eyləmə sən vaxtını hər boş zada,qardaş.
Bir kimsə ki möhtac ola bir yardıma,əsla
Biganəlik etmə,çalışıb yet dada,qardaş.
Sən yardım elə hər nə qədər gəlsə əlindən,
Olsun adına şan ilə şöhrət o da,qardaş.
Pis yollara düşmə,pis işin yoxdu qazancı,
Mütləq su qabı çün sınacaqdır suda,qardaş.
Pislərlə təmas eyləmə,bir pis işə getmə
Gərçi orada mənfəətin varsa da,qardaş.
Hər kimsəyə öz sirrini gəl açma məbada,
Sanmaz özünün sirri onu hər gəda,qardaş.
Yüksəlsən,əgər zirvəyə,gəl yolları azma,
Hərdən də çalış keçmişini sal yada,qardaş.
Gəl sırğa elə bunları sən bir də qulaqda,
Tək ad qalacaq hər kişidən dünyada,qardaş.
Misralara nəqş etdi Fəda fikrini,məndən
Olsun sənə bəxşiş bir ömür qoy bu da,qardaş.
5.0
100% (17)