4
Yorum
5
Beğeni
5,0
Puan
1017
Okunma

Yarıma qoşduğum sevgi nəğməsin
Yad nəfəs apardı, dillər apardı.
Könül bağçamızdan tər çiçəkləri
Barmaqları qopardı, əllər apardı.
Ayrılıq yollarda qoydu gözümü,
Çatdıra bilmədim yara sözümü.
Sevgi cığırından ayaq izimi
Yağışlar apardı, sellər apardı.
Bir çiçək bəslədim sevgi bağında,
Bülbüllər ötərdi həm sol,sağında.
Nə qədər qorudum,qönçə çağında
Küləklər apardı, yellər apardı.
Düşündüm,görərəm bir gün yarımı,
Könlüm unutmayıb əhd,ilqarımı.
Yoldan çıxardaraq ol nigarımı
Fitnələr apardı,fellər apardı.
Qalmışam aralı can sirdaşımdan,
Vardır şikayətim indi yaşımdan.
O xoş məqamları kor yaddaşımdan
Fəda,yaş apardı,illər apardı.
5.0
100% (5)