11
Yorum
11
Beğeni
5,0
Puan
1992
Okunma
ELNURƏ AĞAZADƏ-RƏSULİ ƏKRƏM
Səni tanrım seçdi dünya elçisi
Şəninə mələklər təriflər deyər
Cənnət pəriləri səcdənə gəldi
Sənə heyran oldu Rəsuli Əkrəm
Dünya sevindi sən doğulan gün
Günəş nur səpdi qədəmlərinə
Dağları düz etdi səni sevənlər
Səni görmək üçün Rəsuli Əkrəm
Çox çəkdin əziyyət haqqın yolunda
Sən zəfər qazandın bizlər uğrunda
İmam Hüseyn yolu şəhidlik yolu
Sənə qurban oldu Rəsuli Əkrəm
*
Rəhimli deyildir bizim bu bəşər
Azadlıq eşqiylə qəlbləri didər
Elnurə gözü yaşlı tanrldan istər
Sənə rəhmət olsun Rəsuli Əkrəm
5.0
100% (16)