3
Yorum
1
Beğeni
5,0
Puan
1919
Okunma
Elnurə Ağazadə-Susma
Səssizliyin mənə tanışdır,
Anlayıram bu səssizlik altında gizli məna yatır
Dənizdəki dalğalartək sahilə yan alır,
Mənə doğru can atır Lakin səssizliyin bəzən şübhələrə yol açır
İçimdə məni sevmir deyə neçə sual yaradır
Susma,
Yetər cəsarət məndə varkən
Aciz olub hakim oldun sözlərimə
Yetər baxışınla sual verib cavab aldın
Yetər məni ağlatdın Susma, danış səssizliyin tanışdır
Səsin qəribdir mənə Səssizliyin xəncərdir səni sevən qəlbimə
Görəsən bu səssizlik içində sən düşünürsən
Səssizliyin səndən alar bir gün məni
İntizarlı həsrət ilə yandırar yaxar bir gün səni
22.09.2015
5.0
100% (1)