3
Yorum
2
Beğeni
5,0
Puan
1641
Okunma

hər yer boşluq, hər yer boş
hər yerdən sıxılıram
içimə gedən yollar
dolaşır yıxılıram
aramağa dostum yox
qınamağa düşmənim
başım adam küyündə
ürəyim bomboş mənim
ağrıdanlar, ağrılar
can atdığım, qaşdığım
özüm bərbad etdiyim,
özüm düzüb qoşduğum
uzaq illər yolçusu
gah eşqli, gah bitginəm
mən dünyanın adamı,
mən dünyada itginəm.
Xatirə Fərəcli
5.0
100% (3)